Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradovanın başına iş gəlib.
Bizim.Media xəbər verir ki, rəqqasə “Səhər mərkəzi” verilişinin canlı efirinə gələrkən düzgün istiqamətdə saxlamadığına görə avtomobili cərimə meydançasına aparılıb.
Avtomobilsiz qalan Renka motosikletin sükan arxasına əyləşərək özünü proqrama yetiştirməyi bacarıb.
Renka bildirib ki, verilişə gələrkən yolda təhlükəli anlarla üz-üzə qalıb:
“Avtomobilimi cərimə meydançasına apardılar. İçində geyimlərim vardı. Yarım saatın içində “Harley Davidson” markalı motosikletlə evimin yanında olan geyim mağazasına getdim. Oradan paltar götürüb, tələsik gəldim verilişə. Axşam avtomobilimi küçədə saxlamışdım. Səhər gəldim gördüm ki, maşın orada yoxdur.
Sonradan bildim ki, dövlət tədbiri keçirildiyi yerdə avtomobili saxlamışam. Buna görə də avtomobilimi cərimə meydançasına aparıblar. Motosikletin sükan arxasına 6-7 aydır ki, oturmuşam. Əslində çox çətinlik çəkirəm. Çünki yolda avtomobillər məni sıxırlar. Heç bir avtomobili cızmamışam.
Avtomobil sürücüləri motosiklet görəndə çox əsəbləşirlər. Amma səbibini mən də bilmirəm. Əgər avtomobillərin sürücüləri məni bir neçə dəfə yolda sıxışdırsalar, motosiklet enib təpiklə onların güzgülərini sındıracağam. Bundan əvvəl başıma belə hadisə gəlib. Yolda məni avtomobilin sürücüsü sıxışdırdı. Mən də o maşını ayağımla təpiklədim. Heç nə etmədi, çünki günah onda idi”.
Daha sonra rəqqasə yaxın günlərdə motosikletlə Gürcüstana və Türkiyəyə gedəcəyini də açıqlayıb:
“Motosiklet sürəndə tamam başqa hislər keçirirsən. Daha əvvəl motosikletdə sərnişin kimi Şəkiyə qədər getmişəm. Bu yay Gürcüstana və Türkiyəyə də motosikletdə getmək istəyirəm. Quru sərhədlə motosikleti keçirəcəyəm. Özüm isə təyyarə ilə Gürcüstana gedəcəyəm. Sonra da oranın sərhədinə yaxınlaşıb motosikleti götürüb gedəcəyəm”.
Rəşad Əliyev, Bizim.Media