2010-cu ildə Azərbaycanı “Drip-drop” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı ilə evliliklərinin 10 ili tamam olduğunu yazaraq, bu illər ərzində çəkilən fotolardan ibarət videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Safura paylaşımına ingilis dilində “Əbədi ildönümüm mübarək. 10 il birlikdə. Etməyə qərar verdiyim ən gözəl şey həyatımı sizinlə bölüşmək oldu” şərhini yazıb.
Qeyd edək ki, Safura və Fərhad cütlüyünün Ayşə, İsgəndər və Natiq adlı üç övladı var. Müğənnin əri mərhum və sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media