Xanhüseyn Hüseynov: “Jony” rus dilində oxusa da, ana dilimizi mükəmməl bilir” - VİDEO

Hazırda oxunan: Xanhüseyn Hüseynov: “Jony” rus dilində oxusa da, ana dilimizi mükəmməl bilir” - VİDEO

144447

“Cahid (müğənni Jony – Cahid Hüseyn – red.) ailəmizin son beşiyidir. O, azərbaycan dilində mahnılar oxumur. Amma mənə söz verib ki, duet şəklində azərbaycan dilində bir mahnı oxuyacaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə Xanhüseyn Hüseynov qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Qardaşı oğlu “Jony” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseyndən söz açan sənətkar bildirib ki, o, kiçik yaşlarından belə ifaçı olmaq istəyib: 

“Cahid üç yaşından Azərbaycandan Rusiyaya köçüb. Çox insanlar mənə deyirlər ki, Cahid azərbaycan dilini bilmir. Amma o, ana dilimizi çox gözəl bilir. Onun uşaqlıqdan bəri musiqiyə həvəsi olub. Uşaq vaxtı gəlib otururdu yanımda, əmi bunu mənə də öyrət deyirdi.

Cavab verirdim ki, sən bunu bilmək üçün hələ kiçiksən. Moskvada “Ay Zaur” verilişini çəkirdilər. Proqramda Cahidə sual verdilər ki, sən böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Cavab verdi ki, böyüyəndə əmim kimi müğənni olacağam. O zaman onun 13 yaşı vardı”. 
Qeyd edək ki, iyunun 24-də canlı konsert proqramı ilə çıxış edən Jony əmisi Xanhüseyn Hüseynovla “Sən şamsan əgər, pərvanən olum” mahnısını duet şəklində birlikdə ifa ediblər. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin