Türk sənət musiqisinin “imperator”u İbrahim Tatlısəs və xanım həmkarı Gülbən Ərgən bir araya gəlib.
Bizim.Media xəbər verir ki, məkanların birində eyni səhnəni paylaşan ikili məşhur “Haydi, söyle” mahnısını duet şəklində ifa ediblər.
Tatlısəslə Ərgənin ifası onları seyr etməyə gələn tamaşaçılar tərəfindən rəğbət və alqışla qarşılanıb.
Müğənnilərin bu çıxışı sosial şəbəkələrdə paylaşılaraq trend olub.
Rəşad Əliyev, Bizim.Media