Əminə ilə aparıcının sözləri çəp DÜŞDÜ: “Verilişə gələndən deyirsiniz ki, yatıram” – VİDEO 

Hazırda oxunan: Əminə ilə aparıcının sözləri çəp DÜŞDÜ: “Verilişə gələndən deyirsiniz ki, yatıram” – VİDEO 

144270

Müğənni Əminə Şirin canlı efirdə əsəbiləşib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində proqramın aparıcısı Aysel Novruzova ilə aralarında münaqişə yaşanıb. 

Aysel veriliş boyunca Əminədən canlı oxumasını istəsə də, müğənni səhər saatlarında səsinin yerində olmadığını bildirib. Proqramın gedişatında söhbətin yenidən canlı mahnı ifa etməyə gəldiyində Əminə “Mən nə sizin üçün ifa edirəm, nə də tamaşaçılar üçün. Tamaşaçılardan əvvəl mən ustadlarım üçün ifa edirəm. Onlar məni dinləyən zaman istəmərəm ki, ifamda səhv tutsunlar” sözlərini dilə gətirib. 
Ə.Şirinin bu fikrinə aparıcı A.Novruzova “Sən canlı oxumadın, biz hörmət etdik” fikrini bildirib.

Ayselin bu sözlərinə hiddətlənən Əminə “Siz deyirsiniz ki, bu verilişdə qonaq olan digər müğənnilər oxusun, Əminə isə biraz özünə gəlsin. Siz, aparıcı mənə elə bir əhval və motivasiya ötürməlisiniz ki, mən canlı oxuyum. Verilişə gələndən deyirsiniz ki, Əminə yatır. Siz bu sözlərinizlə məni daha da yatızdırırsınız. Lazım gələndə mən istədiyim zaman canlı ifa edirəm. Əsəbiləşəndə canlı ifa etmək mümkün deyil” deyib. 

Aparıcının isə müğənninin bu çıxışına gülərək “Anladıq, Əminə, hələ də yatır” dediyi an Əminə “Xeyr! Əminə tam oyanıb” cavabı ilə Ayseli susdurub. 

Verilişdə yayımlanan həmin görüntüləri sizə təqdim edirik:
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin