Müğənni Əminə Şirin plastik əməliyyat etdirəcək.
Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı “Səhər mərkəzi” verilişində məlumat verib.
Xeyli çəki atan Əminə bildirib ki, iki gün sonra bıçaq altına uzanacaq. Estrada ulduzu bədən şəkilləndirmə əməliyyatı keçirəcəyini vurğulayıb.
Qeyd edək ki, Ə.Şirin bir il əvvəl buxağından əməliyyat olunmuşdu.
Rəşad Əliyev, Bizim.Media