Kirkorovun plastik əməliyyatı uğursuz keçib? - FOTO/VİDEO

Hazırda oxunan: Kirkorovun plastik əməliyyatı uğursuz keçib? - FOTO/VİDEO

144135

Rusiyanın Xalq artisti Filipp Kirkorov keçirdiyi çoxsaylı plastik əməliyyatlardan sonra növbəti paylaşımı ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, 56 yaşlı sənətçi sevincək halda köynəyini yuxarı qaldırıb və qarnını nümayiş etdirdiyi zaman çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.

Sözügedən şəkildə diqqət çəkən məqam Kirkorovun liposaksiyadan (artıq piylərin bədəndən çıxardılması əməliyyatı - red.) qarnında enə uzanan tünd qırmızı rəngdə qalın çapıq izi olması olub.

Sosial şəbəkə əhli Filippin çoxsaylı əməliyyatlardan sonra cavanlaşdığını yazsalar da lakin qarnındakı çapıq izini xoş qarşılamayıblar. Onlar pop ulduzun ömrünün sonuna kimi ürək ağrıdan çapıq izlə yaşayacağını bildiriblər.

Lakin estrada ulduzunu əməliyyat edən həkim Teymur Heydərov izləyicilərin bu fikri ilə razılaşmayıb.

Cərrah müsahibəsində vurğulayıb ki, Filippin əməliyyatları olduqca uğurlu keçib və hazırda sağalma prosesi davam edir:

“Bir il keçəndən sonra çapıq izindən əsər-əlamət qalmayacaq. Hazırda həmin çapıq izini yox etmək üçün bir sıra kosmetik prosedurlar edirik”. 

 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin