Xalq artisti Röya Ayxan yeni açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, verilişlərin birində qonaq olan ifaçı ilk dəfə “Avroviziya” mahnı müsabiqəsinə qatılmaq istəyindən danışıb.
Belə ki, aparıcıya “Bütün konsert zallarını fəth etdin, bəs elə bir yer var ki, ora qalıb, orada oxumamısan” – sualı ünvanlanıb.
Röya isə cavabında, “Konsert barədə gözüm doymaz. Amma komandam yanımda olsa “Avroviziya”ya gedə bilərəm. Çox üstümə düşsəniz, ingilis dilini də öyrənə bilərəm”, - deyə söyləyib.
Bizim.Media