Türkiyəli aktyor Bora Akkaş həmkarı Nəsrin Cavadzadə ilə olan görüntülərinə görə həyat yoldaşından üzr istəyib.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Uraz Kayqılaroğlunun doğum günü ilə bağlı Cavadzadənin paylaşdığı videoda Akkaşın aktrisanın sinəsinə pul qoyduğu müşahidə edilir.
Həmin görüntülər müzakirələrə səbəb olub.
Bu görüntülərə görə Bora Akkaş 8 aylıq hamilə həyat yoldaşı Oben Akkaşdan üzr istəyib:
“Şəklin yaratdığı pis hisslərə görə həyat yoldaşım Obendən üzr istəyirəm”, - deyə aktyor vurğulayıb.
Bizim.Media