Əməkdar artist Xuraman Əlizadə şəxsi torpağını satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkə hesabında açdığı canlı yayımda məlumat verib.
Xuraman satışa çıxartdığı torpaq sahəsinin Zaqatalada olduğunu vurğulayıb:
"Mənə məxsus Zaqatala rayonunun Üçüncu Tala kəndində 50 sot torpağ satıram. Orada 85 fındıq ağacı mövcuddur. Onların hamısı bar verir. Torpaq sahəmin sənədi də var. Həmin ərazini isə 15 min manata satıram. İllər əvvəl həmin torpaq sahəsini bir ailəvi dostumuza güvəndim aldım. Sən demə onlara güvənib almaq lazım deyil imiş. Satmaq qərarına gəlmişəm ki, bizi Zaqatalaya bağlayan heç bir şey yoxdur. Həmin ərazidə ev yoxdur yalnız fındıq ağacları var".
Rəşad Əliyev, Bizim.Media