Xoşqədəmlə Doğuş BARIŞDI - FOTO

Hazırda oxunan: Xoşqədəmlə Doğuş BARIŞDI - FOTO

143901

Ayrılıq xəbərləri ilə gündəmə səs salan aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşla bağlı paylaşımı ilə diqqətləri üzərinə cğmləyib.

Bizim.Media xəbər verir ki, televiziya ulduzu ifaçı ərini doğum günü münasibəti ilə təbrik edib.

"Doğum günün mübarək olsun, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin, sevdiklərinin qürur mənbəyi olasan", - deyə Xoşqədəm paylaşımına şərh yazıb.

Qeyd edək ki, bir müddət əvvəl türk mətbuatında Xoşqədəmlə Doğuşun ayrılıq qərarı aldıqları dərc olunub. Doğuş Xoşqədəmlə olan bütün fotolarını sosial şəbəkədə silib, eyni zamanda onu izləmədən çıxarmışdı.
Bundan başqa, Doğuş ötən həftə sonu Xoşqədəmlə birlikdə apardıqları "Günaydın, Azərbaycan!" səhər şousuna qatılmamışdır. Müğənni bu gündən etibarən yenidən sosial media hesabında Xoşqədəmi izləməyə alıb və onunla olan paylaşımlarını geri qaytarıb. Cütlüyün əkiz oğulları var.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin