Ağadadaş Ağayev: \"İcazəsiz, əda ilə mahnımı oxuması məni hirsləndirdi\" - VİDEO

Hazırda oxunan: Ağadadaş Ağayev: \"İcazəsiz, əda ilə mahnımı oxuması məni hirsləndirdi\" - VİDEO

143792

"Mahnılarımı bir çox gənclər oxuyub, heç adımı belə çəkmirlər. Mən həmin ifaçıların adlarını çəkmək istəmirəm. Adlarını çəkib, onları zədələmək istəmirəm. Onlardan biri mənə müraciət edib repertuarımda yer alan mahnılarımdan birini ifa etmək istədi. İcazə verdim, oxudu. Oxuyandan sonra isə görürəm ki, əda çıxardır".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Sənətkar onun repertuarında yer alan mahnısını oxuyub acıq verən gənc ifaçını efirdə biabır edib. Ağadadaş həmin ifaçının adını çəkməsə də, sözləri ilə onu "yerdən yerə vurub":

"O gənc müğənni ilə bir proqrama getmişdik. Heç orada mənə demir ki, Ağadadaş müəllim olar ki, mən sizin mahnınızı oxuyum. Axı, o proqramda canlı korifey, ustad kimi oturmuşam. Orada hirsləndim. Durdu əda ilə mahnımı oxudu. Orada onun özünə deməsəydim, burada heç deməzdim. Orada fikrimi daha kəskin şəkildə dedim. İnsan əgər imanlıdırsa, ondan heç zaman təkəbbür hiss etməzsən. Bir də əxlaqlı insanlardan... Çünki əxlaq imanla bərabərdir. Onlar bir-birini tamamlayırlar.

Bu hadisədən sonra mən tövbə etdim ki, bir daha heç kimə öz mahnımı oxumağa imkan verməyəcəyəm. Mən özümdə o mahnıları yenidən oxuyacağam. Gənclər oxusunlar amma biraz ədəbli olsunlar. Tövbə etdirməsinlər. Çünki indi müəllif hüquqlarımız aktiv fəaliyyətdədir. Ona görə də biz o aktivliyin içində olmalıyıq, kənarda qala bilmərik".
Verilişin aparıcısı "Gənc həmkarınız Aysun İsmayılova sizin "Gəl" adlı mahnınızı oxuyub və klip çəkib" sözlərinə Ağayevin münasibəti belə olub:

"Aysuna mahnımı oxumağa şəxsən özüm icazə vermişəm. Onun anası Rəqsanə xanım ədəb-ərkanla mənə zəng vurdu. Sosial şəbəkələrdə yayımlanmadan əvvəl mənə mahnını göndərdilər ki, rəyimi bildirim. Halal-xoşu olsun Aysunun. Çox hörmətlə bunu etdilər. Aysun gənc qızdır. Onun həyatı qabaqdadır. Əgər, Aysun o mahnını sevib, oxuyubsa, həmin sevgidən mənə də bir pay düşür. Hamıya mahnılarımı izin vermişəm oxumağa, amma bu gündən sonra bir məsələ yadıma düşdü ki, insana haqq etdiyi qədər gərək dəyər verəsən, bundan artığını isə gərək verməyəsən".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin