Nazpəri: "Doğmalarım buna görə məni qınayırlar" - VİDEO

Hazırda oxunan: Nazpəri: "Doğmalarım buna görə məni qınayırlar" - VİDEO

143787

"Kaş imkanım olardı, elə bir yerə düşərdim ki, məni görmək istəyən, əlimə toxunmaq, özümə yaxın olamq istəyənlərin hamısı ilə görüşərdim".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Sənətçi bildirib ki, çox sayda pərəştişkarları ilə tez-tez görüşdüyünə görə, doğmaları onu qınayır. Buna görə isə Dostəliyeva onlarla tez-tez mübahisə etdiyini vurğulayıb:

"Bəzən doğmalarım və yaxınlarım məni qınayırlar. Bu qədər insanların içində olmaq olarmı? Ağlayanla ağlayırsan, gülənlə gülürsən... Məni çox qınayırlar. Onlara səsimin tonunu qaldırıb deyirəm ki, siz məni niyə başa düşmürsünüz ki, mənim üçün xoş söz yazanlar çox əzizdirlər.
Məni sevən və xoş söz yazanlara qarşı heç zaman laqeyd olmamışam, olmaram da. Amma Allah mənə nə güc, nə güvvə veribsə onlarla bölüşməyə can atıram, onların arzusunun kiçik nöqtəsini belə həyata keçirməyə can atıram. Mən, Allahın yaratdığı bir bəndəyəm, amma sevgi çoxdur və buna görə də Allahıma minnətdaram. Onların hər birinin sevgisi ürəyimin ən dərin nöqtəsində bəsləyirəm. Sevənlərimlə görüşürəm amma görüşə bilmədiklərimdən dönə-dönə üzr istəyirəm. Hamı ilə görüşməyə imkan olmur. Biləm ki, məni sevənlər bir yerə yığışacaqlar və o dünyanın o üzündə olacaq mən ora qədər gedərəm".
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin