Emin övladlarından DANIŞDI: "Onlara verə biləcəyim ən əsas vasitə təhsildir" - VİDEO 

Hazırda oxunan: Emin övladlarından DANIŞDI: "Onlara verə biləcəyim ən əsas vasitə təhsildir" - VİDEO 

143725

Xalq artisti Emin Ağalarov 14 yaşlı əkiz övladları Mikayıl və Əlidən danışıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "YouTube"da yayımlanan "На Рублевке - на Новой Риге - life" (Rublevkada - Yeni Riqada - life) layihəsində oğullarının məşğuliyyətindən danışıb.  

Ağalarov bildirib ki, oğlu Mikayıl idmanla, digər oğlu Əli isə yaradıcılıqla məşğul olur:

"Oğullardan biri, Mikayıl çox ciddi şəkildə idmanla məşğul olur. Mikayıl və digər oğlum Əli - əkizdirlər. Biri digərindən bir dəqiqə böyükdür. Ona görə də, böyük və kiçik oğlum var. Mikayıl idman zalına gedir. O, ciddi şəkildə qidalanmasına fikir verir. Və bu mənim çox xoşuma gəlir. Mikayılın 14 yaşı var və bunları etməsi çox əladır. Mən 14 yaşımda belə deyildim.  


Əli, ümumiyyətlə pəhrizə riayət etmir. Onu idmana cəlb etmək çox çətindir. Amma buna baxmayaraq o, yaradıcılığa çox meyllidir. Mahnılar yazdırır. Hər zaman bu haqda danışırıq. Ona məsləhət verirəm. O, 14 yaşlı gəncin yaradıcı ambisiyalarının arxasınca gedir. Bu, məni həqiqətən xoşbəxt edir". 

Emin övladlarının yaxşı oxumadığını da dilə gətirib:

"Onlara verə biləcəyim ən əsas vasitə - təhsildir. Əli və Mikayıl oxumağa o qədər də həvəsli deyillər. Təəssüf ki, mən də oxumağa həvəsli deyildim. Və atam da dərslərini zəif oxuyub. Deməli bu, oxumaqla bağlı irsi disfunksiyadır".  

Xalq artisti əkiz övladlarının pul ilə münasibətlərindən də bəhs edib:


"Təəssüf ki, övladlarımın kifayət qədər cib xərcliyi olur. Çünki hər iki tərəfdən onları əhatə edən babaları, nənələri və bir çox qohumlarımız var. Hamı onları bu mövzuda sevindirməyə çalışır. Bununla mübarizə aparmaq və onları bir təhər bundan məhrum etmək mənim üçün çox çətindir. Burada sual onları nədənsə məhrum etməkdən getmir. Bu, pulun dəyərini və nə üçün çalışmaq lazım olduğunu başa düşmələri üçün bir sualdır. 

Birlikdə oxuduğum dostlarım arasında elələri var ki, onların qeyri-məhdud maliyyə imkanlarına malik olduğu hallar olub. Çünki onların varlı valideynləri var. Məktəbi, universiteti bitirdikdən, təhsil aldıqdan sonra sadəcə heç nə etmək istəmirlər. Çünki istədiyiniz hər şeyi ala bilirsinizsə və özünüzü hər cür təmin edə bilirsinizsə, niyə işləmək lazımdır ki?  
Bəlkə də valideynlərimin süni şəkildə yaratdığı qıtlıq həqiqətən də mənə təkan verib. Təbii ki, nə vaxtsa mən də övladlarımı hansısa çərçivəyə salmaq istəyirəm. Çünki onlar mütləq belə bir anlayışa sahib olmalıdırlar ki, heç bir sərvət göydən sənin üzərinə düşmür. Uğurlu olmaq istəyirsənsə, hər hansı bir sahədə çalışmalısan".  


Aparıcının "Övladlarınızı ağıllı qadjetlərlə məhdudlaşdırırsınız?" sualına Eminin cavabı belə olub:

"İndiki uşaqlar üçün mənə elə gəlir ki, planşet və ya iPhone-dan məhrum olmaq puldan məhrum olmaqdan daha pisdir. Mən bir növ qadağalar qoymağa çalışıram, amma bu, cəmi bir neçə saat çəkir. Çünki uşaqlar onsuz yaşaya bilməyəcəkləri bir isterik hala düşürlər (gülür).  

Ona görə də bu məsələdə razılığa gəlməyə çalışırıq".  
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin