Brilliant: "Həyat yoldaşımla küsəndə, birinci mən qaçıb barışıram" - VİDEO 

Hazırda oxunan: Brilliant: "Həyat yoldaşımla küsəndə, birinci mən qaçıb barışıram" - VİDEO 

143598

"Qadın üçün ailəni və işi birgə yürütmək (aparmaq - red.) hər zaman çətindir. Çox çətindir... Qadının üzərinə çox yük düşür".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Söz-baz" maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi həyat yoldaşı Ədalət bəylə münasibətlərindən söz açıb:

"Deyirlər ki, yuvanı dişi quş qurar. Mən və həyat yoldaşım Ədalət bəy ikimizdə işimizi sevən insanlarıq. Ədalət bəy iqtisadçıdır. O, əvvəl Səməd Vurğun adına Akademir Rus Dram Teatrının direktor müavini olub, sonra isə sənət ocağının direktoru oldu. Bəzən ona kaprizlərimi göstərəndə deyir ki, teatrda əlimin altında bilirsən nə qədər Xalq artistləri var (gülür). Düşünmək olmaz ki, ailə ayrı, sənət ayrı...".  

Brilliant hazırda sənətdə istedadsız və sənətə aid olmayan insanların çoxluq təşkil etdiyini bildirib:

"Hələ də incəsənətdə olan bəziləri elə danışırlar ki,... Orada heç sənətdən söz gedə bilməz. Yəqin ki, onlar sənət üçün yaranmayıblar. Sənətdə olur belə insanlar, baxırlar digərinə deyirlər ki, “mən də belə bacarıram”. Sənət başqa məsələdir. İnsan oxuyub alim də ola bilər, amma sənət üçün gərək Allah vergisi olsun. Sənəti hiss etmək lazımdır".  

Oğul anası olan Xalq artisti qayınana olmaq istəsə də bu məsələdə söz sahibi övladı Cahad olduğunu vurğulayıb:

"Cahad hərdən deyir ki, evlənirəm. Bir az keçir, istəyindən vaz keçir. Oğlandır da... Qız olanda məcbur edib, ərə vermək olur. Yəni, qızı ailə qurmaq məsələsində dilə tutmaq olur. Biz istəyirik ki, Cahad özü sevsin. Acığım gəlir, ailə gedir özü qız tapır, öz aralarında evlilik məsələlərini həll edirlər. Mən belə toylarda çox olmuşam. Görünür ki, nə oğlanın nə də ki qızın bir-birinə adiyyəti belə yoxdur. Təəssüf hissi keçirdirəm. Çünki o ailənin ömrü çox olmur".  

Ailə həyatından "eninə-uzununa" danışan Dadaşova deyir ki, həyat yoldaşı ilə küsəndə barışıq addımını birinci elə özü atır:

"Mən və həyat yoldaşım Ədalət bir-birimizi sevmişik. Bir-birimizdən küsəndə isə birinci mən qaçıb barışmışam. Heç zaman gözləməmişəm ki, həyat yoldaşım gəlib mənimlə barışsın. Bir də görürsən ki, ər və arvad həftələrlə bir-birini danışdırmır. Bizdə belə şeylər heç zaman olmayıb. Biz iki-üç saat küsülü qalmışıq. Sonra mən başlamışam danışmağa. O da elə edib ki, guya heç bir şey olmayıb.
Həyat yoldaşını özündən aşağı görməməlisən. Hər zaman həyat yoldaşımı özümdən artıq hesab etmişəm. O da hər zaman belə hesab edib və mənə də hiss etdirib. Bu, hörmətdir və sevgidir. Belə olanda isə sevgi heç zaman bitmir".  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin