Müğənni Zamiq Hüseynov yeni layihəsi üçün onlarla uşaqla bərabər Abşeron Milli Parkına yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi onlarla birlikdə Azərbaycanın xəritəsində qartalın dimdiyi kimi tanınan “Şah dili”nə baş çəkib.
Həmin anları isə Zamiq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Hüseynov vətənpərvər mövzusunda klip çəkdiyini açıqlayıb:
“Xəritəmizdə qartalın dimdiyi kimi deyilən yer var. Hazırda oradayam. Bildiyiniz kimi, bizim gözəl bir layihəmiz var. Həmin layihənin son çəkilişlərini yekunlaşdırırıq. Yaxın günlərdə həmin layihəni sizə təqdim edəcəyik” .
Rəşad Əliyev, Bizim.Media