Talıb Tale evlənməməsinin səbəblərini AÇIQLADI – VİDEO 

Hazırda oxunan: Talıb Tale evlənməməsinin səbəblərini AÇIQLADI – VİDEO 

143350

Müğənni Talıb Tale ailə qurmamasının səbəblərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda danışıb. 

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızının “Duet ortaqlarından biri ilə evlən” sözlərinə Talıb belə münasibət bildirib: 

“42 yaşım var. Hər şeyi analiz edə bilirəm, amma evlənmək seçimi ilə bağlı uzaqgörənliyim yoxdur. Yaş artıqca isə seçim etmək çətinləşir. Müğənni ilə evlənmərəm. Çətin xasiyyətim var. Dərk edirəm ki, xarakterimi gərək düzəldəm. İnanmıram ki, müğənni ilə evlənim və elə bir məsələ olsun. Bilmirəm... Səbəbini açıqlaya bilməyəcəm. Amma inanmıram ki, müğənni ilə evlənim.
Düzdür heç vaxt, heç vaxt demirəm. Amma bunun olacağına inanmıram. Ailə qurmaq çətin deyil. Amma sonrasını fikirləşirsən. Gərək xoşbəxt olasan, ömür keçir, çox məsuliyyətli bir addımdır. Yaşa dolduqca daha məsuliyyətli addım atmağa çalışırsan. Mükəmməlçilik də sonda tək qalmağa gətirib çıxarır”. 

Qeyd edək ki, Talıb Tale illər əvvəl nişanlansa da, bir müddətdən sonra nişanı qaytardığını açıqlayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin