Ağamirzə: ““Bağışla” sözünü demək insanlar üçün böyük problemdir“ – VİDEO 

Hazırda oxunan: Ağamirzə: ““Bağışla” sözünü demək insanlar üçün böyük problemdir“ – VİDEO 

143088

Meyxana ustadı Ağamirzə Məmmədov açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, 60 yaşlı sənətkar qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda bildirib ki, insanlar etdikləri səhvlərə görə, "bağışla" sözünü demək onlar üçün böyük problemdir. 

“Övladlarımdan biri ailəli, digəri isə subaydır. Ailə üzvləri gərək bir-birinə qarşı güzəştə getməyi bacarsınlar. Mən bu yaşda və bu gündə hər gün deyirəm ki, çalışım ki, səhv etməyim. Amma görürsən ki, istər-istəməz səhv edirəm. Səhv etmişəm, öldürməyəcəksən ki, məni. Bağışla, səhv etmişəm. Bir tək “bağışla” sözünü demək çox insanlar üçün böyük problemdir. Gürür məsələsidir. Bağışla deməklə bütün səhvlər silinir. Allah bütün ailələri, insanları qorusun”, - deyə Ağamirzə vurğulayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin