“Dəstəmaz alanda oğlum xalçanı yerə sərib əllərini göyə qaldırır. İməkləyir!”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu “Günün Sədası” verilişində deyib.
Oğlu İnamdan söz açan sənətçi bildirib ki, Ramazan ayında Allahın ona hədiyyəsi övladının “Allah” deməsi olub:
“Ramazanda ailə içində iftara hazırlaşırdım. Bir də gördüm, səs gəldi. Uşaq dayanmadan “Allah” dedi. Ramazanın ən böyük hədiyyəsi budur. Bu, həqiqətən də möcüzədir. Ailə istəyirsə, övladı gələcəkdə sağlam olsun, onu Allahla tanış etməlidir. İnam çox xarakterli uşaqdır. Gecə-gündüzümüz yoxdur. Allah, möhlət ver ki, övladımı əməli-saleh böyüdüm. Oğlum dünyaya gələndən hər bir şeyi ona başa salacam. Namazı belə ona anladacağam”.
Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İnam adlı oğlu dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media