İllərə meydan oxuyan Türkiyənin superstarı Ajda Pekkanın 77 yaşına rəgmən cavan qalması ilə bağlı mətbuatda müxtəlif versiyalar səslənir. Kimi onun davamlı bıçaq altına girərək, plastik əməliyyatlar sayəsində gənc qaldığını deyir, kimi də estetik prosedurlar etdirdiyini yazır.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, pop ulduzun 25 min dollara “gənclik eliksiri” qəbul etdiyini iddia olunub.
Ajda sözügedən məsələyə bu cür reaskiya verib:
“Uşaqlar (müxbirlər – red.), Allah eşqinə nə olar? Bunu məndən soruşduğunuza görə, sizə cavab verməyəcəyəm. Bu, mənim haqqımda ən böyük mifdir! Belə şey yoxdur. Mənim çox sadə bir “gənclik eliksir”im var: İlıq suya bir çay qaşığı bəhməz atıram, bir az da limon sıxıb içirəm. Yeyib-içməkdə isə əlçatmaz şeyləri sevmirəm”.
Rəşad Əliyev, Bizim.Media