“Louis Vuitton” dəb gecəsində ulduz paradı - FOTO/VİDEO

Hazırda oxunan: “Louis Vuitton” dəb gecəsində ulduz paradı - FOTO/VİDEO

142592

Dünyaca məşhur dizayner Vircil Ablonun vəfatında sonra “Louis Vuitton” lüks markanın yeni kişi geyimlərinin yaradıcı direktoru musiqiçi və prodüser Farel Uilliams elan edilib. 

Bizim.Media xəbər verir ki, ötən gün Parisdə sözügedən brendin Yaz/Yay 2024 kolleksiyasını debüt şousu baş tutub.  

Dəbdəbəli gecədə bir çox məşhur ulduzlar yer alıb. Onlar sırasında Beyonse və repçi həyat yoldaşı Jay-Z, Rihanna və repçi əri A$AP Rokki, Hollivud ulduzu Jared Leto və başqa populyar simalar olub. 
Ulduzların əksəriyyəti dəb şousuna “Louis Vuitton”un yeni kolleksiyasında yer alan geyimlərdə qatılıblar. Yeni kolleksiyanın geyimlərində “piksel”dən ibarət naxışların yer alması diqqətdən qaçmayıb. 

Rəşad Əliyev, Bizim.Media
 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin