Adel bu xəstəlikdən əziyyət ÇƏKİRMİŞ

Hazırda oxunan: Adel bu xəstəlikdən əziyyət ÇƏKİRMİŞ

142490

Dünya pop səhnəsinin ulduzu Adelin uzun müddətdir hər kəsdən gizlətdiyi xəstəliyi üzə çıxıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sənətçi Los-Ancelesdə “Caesars Palace”da verdiyi konsert zamanı “idmançı qaşınması” adlı xəstəliklə mübarizə apardığını açıqlayıb. 

“Mən çox tərləyirəm və bunun qarşısını almaq olmur. Bu vəziyyətə dözməliyəm və həkim mənə “idmançı qaşınması” diaqnozu qoyub”, - deyə Adel bildirib. Bu diaqnoz qadınlardan daha çox kişilərə qoyulur. Belə ki, müğənninin budun daxili və qasıq nahiyəsində səpgilər müşahidə olunur. Buna səbəb Adelin daha da incə görünmək üçün davamlı əyninə geyindiyi korsetdən hazırlanan alt-paltardır. Bu xəstəlik şiddətli qaşınma və yanma ilə müşayiət olunur. Adel ağrılarını azaltmaq, qaşınmanı dayandırmaq üçün mütəmadi həmin nahiyələrinə xüsusi kremlər sürtür. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin