Amerikalı alban əsilli məşhur müğənni Bebe Rexha təhlükəli hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, sənətçi Nyu-Yorkda konsert verdiyi zamanı pərəstişkarlarından biri onun üzərinə mobil telefonunu atıb.
Smartfon müğənninin üzünə zərbə ilə dəyib. Aldığı ağır zərbədən Bebe yerə oturub və əli ilə üzünü tutub.
Təşkilatçılar ifaçının vəziyyətinin olduqca ağır olduğunu görərək təcili şəkildə konserti yarıdan sonlandırmaq məcburiyyətində qalıblar. Mobil telefon Bebe Rexhanın alın nahiyyəsini deşdiyi üçün həkimlər ora üç tikiş qoyublar. Konsert zamanı baş verən bu hadisə anbaan bir tamaşaçı tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Həmin kadrları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media