Elnarədən Natavanı əsəbləşdirəcək AÇIQLAMA - VİDEO 

Hazırda oxunan: Elnarədən Natavanı əsəbləşdirəcək AÇIQLAMA - VİDEO 

141811

"Natavan Həbibini yalan olmasa üç ildir ki, görmürəm. Nə Natavanın nə də ki Röyanın məndə telefon nömrələri yoxdur". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Şou xəbər" verilişinə müsahibəsində deyib.  

Sənətçi bir zamanlar aralarından su belə keçməyən həmkarları Natavan Həbibi və Röya Ayxanla on ildən çoxdur ki, heç telefonda belə danışmadığını açıqlayıb:

"Son on ildir onlarla telefonla belə danışdığımı xatırlamıram. Telefonumda heç onların “whatsapp” nömrələri də yoxdur. Telefonumda yalnız çox sevdiyim və dəyər verdiyim ulduzların nömrələri var".  

Elnarə köhnə palanları açıb, Natavanın paxırlarını bir-bir üzə çıxardıb:

"Mən Natavan Həbibinin toyunda iştirak etməmişdim, çünki məni məclisinə dəvət etməmişdi. Amma mən onu öz toyuma dəvət etmişdim. Bir mərkəzin açılışı oldu. Mən oraya onları sevə-sevə dəvət etdim. Natavan dedi ki, şərikli iş olmaz. Day başa düşmədi ki, mən onu şərikli işə dəvət etmirdim. Biz Natavanla ayrı dünyaların insanlarıyıq. Tamami ilə ayrı-ayrı. Tərzlərimiz uyğun gəlmir, üst-üstə düşmür".  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin