Türkiyənin ulduz sənətçisi Ahmet Kutsi Karadoğan həyat yoldaşı Sibel Ülkərdən boşanır.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, müğənnidən şiddət gördüyü səbəbi ilə Sibel ondan boşanmaq üçün məhkəməyə müraciət edib.
Məsələyə iyulun 3-də İstanbul Anadolu 16-cı Ailə Məhkəməsində baxılacaq. İki il yarımlıq ailə həyatının üstündən xətt çəkmək üçün məhkəməyə üz tutan sənətçinin xanımı məhkəməyə təqdim etdiyi sənəddə psixoloji zorakılıq, həmçinin olduqca ciddi iddialar irəli sürüb.
Bildirilir ki, Kutsi evdə olmayan zaman Sibel əşyalarını toplayaraq oradan gedib.
Qeyd edək ki, Kutsi 2008-2015-ci illərdə Sinem Bayraktutarla evli olub. O, daha sonra 7 illik sevgilisi Feyza Çıpa ilə ayrılaraq 2021-ci ildə Sibellə ailə həyatı qurub.
Cütlük arasında 10 yaş fərq var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:32 / 15.06.2023
Kutsi arvadından BOŞANIR - FOTO
Hazırda oxunan: Kutsi arvadından BOŞANIR - FOTO
Hazırda oxunan: Kutsi arvadından BOŞANIR - FOTO
141634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.