Mənsum İbrahimov: “Bayağı mahnılar gəncliyimizin tərbiyəsini pozur“ – VİDEO 

Hazırda oxunan: Mənsum İbrahimov: “Bayağı mahnılar gəncliyimizin tərbiyəsini pozur“ – VİDEO 

141394

Xalq artisti Mənsum İbrahimov efirlərdə bayağı mahnıların səslənməsinin qarşısının alınması üçün şura yaradılması ilə bağlı təklif irəli sürüb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Xalq artisti bildirib ki, bayağı mahnılar gənclərimizin tərbiyəsini pozur: 

“Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin