43 yaşlı Kərim Abbasov: “Yetim uşağam” – VİDEO 

Hazırda oxunan: 43 yaşlı Kərim Abbasov: “Yetim uşağam” – VİDEO 

140752

“Əvvələr uğurlarımı atama danışırdım. Atamı üç il, anamı isə iki il əvvəl itirmişəm. Amma indi uğurumu yeddi ildir yanımda “çiyin-çiyinə” çalışdığım menecerimlə bölüşürəm. İşim hazır olduqdan sonra ailəmlə bölüşürəm. Sevindiyimdən bir sözü tez yayan insanam. Ürəyimdə saxlaya bilmirəm və belə olan halda işim alınmır. Amma artıq menecerim mənə söyləyib ki, öncədən heç kimə işini danışma. Biraz da olsa ağzımı yumub, saxlayıram, demirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl doğum gününü qeyd edən müğənni Kərim Abbasov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

43 yaşına qədəm qoyan sənətçi bildirib ki, ailəsindən başqa heç kimin onu ad günü təbriki sevindirməyib:

“İndi elə bir insan yoxdur ki, mənə zəng edib doğum günümü təbrik etsin, mənim də sevincimin həddi-hüdudu olmasın. Olanlar da ölüb, bu dünyadan köçüblər. Qalan yoxdur. Əsas o idi ki, oğlum Yusif məni öpüb doğum günümü təbrik etdi. Ailəm yanımda idi. Gecə saat 12-də baldızlarım, qayınanam təbrik etmək üçün qapımı döyüb bizə gəldilər. Bu mənim üçün bəsdir. Onlardan başqa heç kimim yoxdur. Yetim uşağam. Heç kimin zəngi məni sevindirə bilməz. Çox kövrək insanam. Gözümün yaşı ovucumun içindədir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin