“Sizə Süleyman Vəzirov küçəsindən danışım. Artıq neçə ildir bu ərazidə yaşayıram. Bura Xətai Rayon İcra Hakimiyyətinin binasının düz arxasında piyadalar üçün olan səkidir və illərdir belə bir vəziyyətdədir. Təsəvvür edin ki, icra hakimiyyəti binasının arxasında əgər yol belə bərbad vəziyyətdədirsə, görün, rayonun digər yerlərində vəziyyət necədir: nə maşın, nə piyada, nə uşaq , nə də əlil arabası keçə bilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında avtomobili ilə sözügedən küçədən keçərkən çəkib izləyiciləri ilə bölüşdüyü videoda deyib.
Süleyman Vəzirov küçəsindəki piyada keçidindən şikayətlənən televiziya ulduzu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlayıb:
“Avtomobil Yolları Dövlət Agentliyi, nəzərinizə çatdırım ki, Bakı şəhəri təkcə Neftçilər prospektindən ibarət deyil. Bakı şəhərinin digər küçələri də var. Eləcə də Süleyman Vəzirov küçəsi. Bu küçəni axırıncı dəfə nə vaxt xətləmisiniz? Baxın, qarşıda piyada keçidi var. Keçidin yalnız nişanları var. Bura piyada keçididir, amma xətti yoxdur. Gedirik qarşıya, ortada da xətt yoxdur. Yalnız bu təmir olunanda xətt çəkilib, ondan sonra yoxa çıxıb”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:55 / 07.06.2023
İlkin AAYDA-ya şikayətləndi: “Bakı təkcə Neftçilər prospektindən ibarət deyil” - VİDEO
Hazırda oxunan: İlkin AAYDA-ya şikayətləndi: “Bakı təkcə Neftçilər prospektindən ibarət deyil” - VİDEO
Hazırda oxunan: İlkin AAYDA-ya şikayətləndi: “Bakı təkcə Neftçilər prospektindən ibarət deyil” - VİDEO
140208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.