Sevda Parisdən aldığı lüks geyim və aksesuarlarını NÜMAYİŞ ETDİ - VİDEO 

Hazırda oxunan: Sevda Parisdən aldığı lüks geyim və aksesuarlarını NÜMAYİŞ ETDİ - VİDEO 

140115

Həftələr əvvəl həkim-genetik həyat yoldaşı Zakir Bayramovla Avropa turuna yollanan müğənni Sevda Yahyayeva oradan aldığı geyim və aksesuarlarını izləyicilərinə nümayiş edib.

Bizim.Media xəbər verir ki, sənətçinin "unpacking" videosunu isə əri Zakir çəkərək, müğənninin sosial şəbəkə hesabında paylaşıb.

Sevda bildirib ki, sözügedən geyim və aksesuarları Parisdə olduğu zaman lüks markalı butiklərdən alıb.

Yahyayeva "Jimmy Choo" brendinə məxsus ön və arxa hissəsi tül materialdan ibarət bantikli qara dikdaban yay ayaqqabısı, "Valentino"dan iki tərəfli "qırmızı-qara" rəngli brendin loqotipini əks etdirən kəmər, eyni brendə məxsus ağ rəngdə köynək və qara rəngdə don, "Christian Louboutin"- nin qara ön və arxa hissəsi açıq, qalın platforma dabanlı ayaqqabı, "Ted Baker"dən qara kiçik ölçülü çantanı gözlər önündə sərgiləyib.  
Müğənninin sözlərinə görə, Milan və Parisdən ağ rəngdə eynək axtarışına çıxsa da, istəyinə nail ola bilməyib. Məhz bu səbəbdən Sevda üz tutub Bakıdakı butiklərin birinə. Orada isə şansı ifaçının üzünə gülüb. Beləcə Yahyayeva istədiyi ağ rəngdə eynəyi ala bilib.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin