Müğənni Vüsal Hacıyev xanım həmkarı Türkan Vəlizadə ilə bağlı qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Verilişin aparıcısının “Bu müğənni ilə eyni məclisə düşsən, oxumadan gedərsən?” sualına Vüsal öncə gülüb, daha sonra isə T.Vəlizadənin adını çəkərək bu fikirləri dilə gətirib:
“Mənim bu xanımla oxumağıma ehtiyac olmaz. Çünki tamaşaçı kütləmiz çox fərqlidir. Hələ indiyə kimi Türkanla eyni məclisdə ikimiz olmamışıq. Bundan sonra da yəqin ki, olmarıq”.
Rəşad Əliyev, Bizim.Media