Tanınmış model Razi Əliyevanın “Mercedes” markalı avtomobili yararsız hala salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "İnsanoid" Telegram kanalı yayıb.
Mənbə yazır ki, lüks avtomobili bu hala Ziya Hüseynzadə salıb.
İlkin məlumatlara görə, Hüseynzadə modelə hədiyyə etdiyi 220 min manat dəyərində avtomobili ondan geri tələb edib. İstədiyini əldə edə bilməyən Z. Hüseynzadə bu əməli törədib.
Bundan əvvəl sosial şəbəkələrdə naməlum şəxslər R. Əliyeva ilə bağlı videolar paylaşıblar. Bu videolarda Ziya adlı şəxs onu xəyanətdə ittiham edir.
Faktlarla bağlı bir neçə maddələr üzrə cinayət işi başlanılıb. Hüseynzadə istintaq zamanı 4 ay müddətinə həbs edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:59 / 05.06.2023
Razinin lüks avtomobili yararsız hala salındı - FOTO
Hazırda oxunan: Razinin lüks avtomobili yararsız hala salındı - FOTO
Hazırda oxunan: Razinin lüks avtomobili yararsız hala salındı - FOTO
139745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.