Razi Əliyeva: "Ziyadan abort etdirmişəm ki, onun kimisini dünyaya gətirməyim" - FOTO

Hazırda oxunan: Razi Əliyeva: "Ziyadan abort etdirmişəm ki, onun kimisini dünyaya gətirməyim" - FOTO

139422

"Nədən başlayacağımı heç bilmirəm. DİN-in rəhbərliyinə, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Çox təəssüf ki, mənim yaşadığım cəhənnəmin şahidi oldunuz və indi sizə hər şeyi şərh etməyi özümə borc bilirəm.

Əvvəla onu bildirmək istəyirəm ki, mən olunan dəstəyə və köməyə görə hər kəsə minnətdarlığımı bildirirəm. Hamı bacardığı qədər mənə dəstək oldu, yanımda oldu. Mən bunu heç vaxt unutmaram. Doğrunu bilməyib məni daşlayan  insanlar kimi etmədiyiniz üçün sonsuz təşəkkür edirəm sizə". 
Bizim.Media xəbər verir ki, bu sözləri bir il ərzində sevgilisi Ziya Hüseynzadə tərəfindən işgəncələrə, təhdidlərə və şiddətə məruz qalan model Razi Əliyeva sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.  

Razi başına gələn hadisələri bu cür nəql edib:  

"Bildirmək istəyirəm ki, mən münasibətimi subay və ilk baxışdan normal oğlanla başlamışdım. Heç kim münasibətin əvvəlində insanın nə cür olduğunu bilə bilməz. O məni döyməyə, təhqir erməyə, işgəncə verməyə, alçaltmağa başlayandan sonra ayrılmağa çalışmışam, lakin cəhdlərim onun tərəfindən mənə olunan şantaj və hədə qorxu ilə bitirdi.

O, mənə bıçaq ilə işgəncə verirdi, məni 13-cü mərtbədənin pəncərəsindən aşağı atmağa cəhd edirdi, özümdən gedəcək dərəcəyədək boğurdu və ölümünə qədər döyürdü.  

Yaydığı videoda dediyim sözləri məni məcbur işgəncə verərək dedizdirib ki, sonra bu video ilə məni şantaj edib yanında saxlasın. Mənim yaşadığımı yaşasaydınız, bundan da betər sözləri deməyə razı olardınız.  

O, telefonumu əlimdən alaraq məni evdə dustaq saxlayırdı, özü isə adımdan fərqli insanlarla və özü ilə yazışırdı ki növbəti şantajlar üçün əlində nələrsə olsun". 

R.Əliyeva bildirib ki, o heç zaman narkotik maddələrdən istifadə etməyib və  bunu sübut etməyə hazırdır: 

"Məni tanıyan hərkəs mənim heçvaxt narkotik vasitələrindən istifadə etmədiyimi təsdiq edə bilər. Nə keçmişdə, nə də indi. Bu absurddur. Lazım olan analizləri də verməyə hazıram. Şəkildə düşən isə özünə məxsus idi və o, şəkili İspaniyada çəkmişdi.  

Mən evli biri ilə görüşmürdüm, dekabr ayında etdiyi evlilik və yanvar ayında boşanmaya verdiyini gizlədirdi, yazışmalarımızın "screen"ləri də buna sübutdur. Onun evli olduğunu məni sonuncu dəfə boğduğu və döydüyü gün bilib evdən yenidən anamın yanına qaçmışam.

Bundan sonra şantajlar və hədə qorxular yenidən başlandı və tək mənim ünvanıma yox, anamın və rəfiqələrimin də üvanına. O, hamının həyatını cəhənnəmə çevirdi və bütün bunlardan əlavə anamın evinə gəlib, qapını sındırmağa cəhdlər edirdi ki, məni anamın evindən çıxarıb özü ilə aparsın, nəticədə isə qapının tutacağını sındırdı.  
 Bütün bunları etmək səbəbi isə məni məcbur, qorxu içində yanında saxlamaq idi. O, mənə hər zaman deyirdi ki, ondan ayrılsam, həyatımı cəhənnəmə çevirəcək və məni elə biabır edəcək ki, heç kim mən tərəfə bir də baxmasın. Bunun bir məqsədi var idi, məni hamının yanında hörmətdən salmaq". 

Model haqqında deyilən "12 dəfə abort etdirib" fikirlərinin isə yalnış olduğunu vurğulayıb: 

"Bəli, mən abort etmişəm amma 12 dəfə yox. Qadının orqanizmi nə cür qurulmalıdır ki, bu qədər uşağa qala bilsin. Abortumu ondan olan uşaqda etmişdim və heç də peşiman deyiləm, olmayacayam da. Çünki onun kimi ikinci bir insanı  dünyaya heç vaxt gətirmərəm.

Belə pisəmsə, niyə uşağını saxlamağım üçün yalvarırdı? Niyə evlənmək təklifi edirdi? Niyə valideynləri ilə tanış edirdi?  Bunların hamısı şər və böhtandır. Bütün bunlar xəstə və manyak insanın intiqamıdır, çünki o, məni əşya bilib yanında saxlamağa çalışırdı". 

Razi keçmiş sevgilisi Ziyanın ona yaşatdıqlarını dəhşətli və qorxu filminə bənzədərək, fikirlərini belə davam edib:

"Sonuncu dəfə evimdən qaçanda nələrin baş verəcəyini gözümə alıb qaçmışdım. Çünki başa düşürdüm ki, mənim iki çıxış yolum var. Ya biabır olmaq,  ya da ölmək. Mən birincini seçdim. Hər kəsi çox gözəl anlayıram. Yaşadıqlarım o qədər dəşətlidir ki, hər kəsə inandırıcı gəlməyə bilər. Siz belə şeyləri yalnız qorxulu filmlərdə görmüsünüz, yalnız mən real həyatda yaşamışam. 

Bütün sübutlarımı dövlət orqanlarına təslim etmişəm. Çox şükür Allahıma ki, yazışmalarımız, ölüm hədələrinin hər biri telefonumda qalıb. Bunun üçün çox sevinirəm və ümüd edirəm ki, haqq, ədalət öz yerini tapacaq". 
Qeyd edək ki, Ziya Hüseynzadə ötən gün həbs olunub.  




























Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin