Xalq artisti Röya Ayxan ötən gün restoranların birində canlı konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, gecə üçün xüsusi hazırlaşan sənətçi imicini yenidən dəyişib.
Bir müddətdir qısa saçlarla gəzən Röya onları uzadıb. Stilist və vizajist Elnur Həsənov isə estrada ulduzuna etdiyi cəlbedici makiyajı ilə obrazına rəng qatıb.
Xalq artisti özəl gecə üçün qarnına qədər uzanan bir hissəsi şəffaf sinə hissəsi isə açıq çəhrayı sıx, dar korsert seçib.
Dəbdəbəli səhnə obrazını isə Röya geyindiyi cins şalvarı, əllərinə taxdığı açıq çəhrayı tonda əlcəklər və bahalı zinət əşyaları ilə tamamlayıb. Gecə boyunca Röya sevilən və hit mahnılarını ard-arda ifa edərək, onu seyr etməyə gələn tamaşaçılara musiqi və əyləncə dolu anlar yaşadıb.
Rəşad Əliyev, Bizim.Media