Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilik ildönümlərini təmtəraqlı şəkildə qeyd ediblər.
Bizim.Media xəbər verir ki, 35 ildir ailəli olan cütlük bu günü yadda qalan etmək üçün paytaxt restoranlarının birində məclis qurub.
Şou-biznesin bir sıra məşhurlarının yer aldığı gecədən görüntüləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Cütlüyün özəl günündə Xalq artisti Zülfiyyə Xanbabayeva və Nərmin Kərimbəyli də iştirak edib. Sənətçilər sevilən hitləri ilə məclisi daha da coşdurublar.
Qeyd edək ki, Ədalət Hacıyev Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktorudur. Brilliant və Ədalət cütlüyünün Cahad adlı bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media