"Toppuş bacı"nın əri: “Bu gün yaşayan bir ölüyəm” - FOTO

Hazırda oxunan: "Toppuş bacı"nın əri: “Bu gün yaşayan bir ölüyəm” - FOTO

138944

“Hər çətinliyi şükür edən yarım insanlar, kiminsə yazdıqlarını kimlərəsə oxuyub, təhsilli olur. Mən isə sənin yanında beş universitet bitirdim. Mənə həyatın necə bir şey olduğunu oyrədənim, hansı çətinklikdə nə edəcəyimi söyləyənim. Gözəl üzlü, gözəl yarım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.  

Aktrisanın əri hazırda çətin günlər yaşadığını bildirib: 

“Bəzi insanlar var ki, onlar heç nə etməsin, iş görməsin, yemək bişirməsin və sair, yetərki yanında olsun, eləcə sənə yol göstərsin, eynən sənin kimi. Bu gün mən yaşayan bir ölüyəm. And olsun ki, yaşamaq daha çətindir, nəyinki ölmək. Amma nə edək ki, mənim nəsibim olmadı, sənə qismət oldu. Bugün yenə çətin günlərdən biridir. Yenə dəyəsən danışıb boşalmaq vaxtımdır. Allahıma şükürlər olsun, aldığına da, verdiyinə də…”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin