Rasim Balayev: “Efirə şübhəli insanlar çıxır, bilmirsən, qadındır, yoxsa kişi?” – VİDEO

Hazırda oxunan: Rasim Balayev: “Efirə şübhəli insanlar çıxır, bilmirsən, qadındır, yoxsa kişi?” – VİDEO

138254

“Televiziya düşüb boş-boş şouların arxasınca: filankəsin donu, uşağı belə getdi. Səviyyəsiz məsələləri ortalığa qoyurlar. Ağlı başında olan insan bu verilişlərə baxmır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “Mirinin dibçəyi” verilişində deyib. 

Azərbaycan televiziyalarının tamaşaçıların zövqünü körladığını söyləyən sənətkar bildirib ki, ictimai-sosial verilişlərə müzakirəyə çıxarılan mövzular biabrçılıqdır: 

“Televiziya insanların zövqünü korlayıb. Qeybət, səviyyəsiz söhbətlər... Elə şeylər var ki, onu efirə çıxartmaq olmaz. Məhkəməlik hadisələr efirə çıxır. Bir haramzada oğlan anasını efirdən qovub. Cavan biri baxır, fikirləşir ki, ananı qovmaq olar. Arvadının sözünə inanıb, anasını evdən qovub. 

Bütün bunları efirdə göstərməklə nə edirsiniz?  Millət də oturub buna baxır. O qədər biabırçı hadisələr çıxarırlar ki, tamaşaçının zövqü korlanıb. Bu gün ciddi, insanları düşündürən, ağıllı söhbətə qulaq asmırlar. İstədiklərinə nail olublar, zövqlər korlanıb. Televiziya olub “проходной двор” (karvansaray – red.). 

Kim istəyir efirə çıxır. Televiziyaya hər zaman nümunəvi insanları çıxarırdılar. İnsanlar baxıb, onlardan ibrət götürsün. Bu gün bunlar yoxdur. Bu gün efirə şübhəli insanlar çıxır. Bilmirsən, qadın, yoxsa kişidir. 
Əxlaqdan dərs deyən qadınlar efirə çıxır. Baxıb görürsən ki, heç bu qadının əxlaqı yoxdur. Bu nə danışır? Ən dəhşətlisi də odur ki, həmin qadını bəzi adamlar tanımasalar da, mən onu yaxşı tanıyıram. 

Riyakarlar, yalançılar bir-iki görkəmli insanlardan sitatlar gətirirlər. Baxıb deyirlər ki, bu dəyəsən oxuyan insandır. Amma əslində heç qəlbində, beynində heç nə yoxdur. Sadəcə, gündəm üçün bu televiziyadan digər televiziyaya gedib, efirlərə çıxır. Bəsdirin! Bir sözlə, Azərbaycan televiziyası bərbad vəziyyətdədir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin