Nazpəridən Röya ilə Zülfiyyənin ifalarına İRAD: “Uğursuz alınıb” - VİDEO

Hazırda oxunan: Nazpəridən Röya ilə Zülfiyyənin ifalarına İRAD: “Uğursuz alınıb” - VİDEO

137855

Xalq artisti Nazpəri Dostəliyeva həmkarları - Xalq artistləri Röya Ayxanın və Zülfiyyə Xanbabayevanın ifalarını tənqid edib. 

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı “7 Özəl” verilişində danışıb. 

Nazpəri mərhum Əməkdar artist Zöhrə Abdullayevanın repertuarında yer alan “Tövbə” mahnısını yeni aranjimanda oxuyan Röyanın ifasına irad bildirib: 

“Röya bu mahnıda tonallığı düz seçməyib. Röya bəm oxuyan ifaçı deyil. Ola bilsin ki, fonoqram hazır olub və ya başqa hansısa səbəblər var. Tonallıq aşağıdır. Əslində bu Röyanın qüsuru deyil. Amma qüsur deyib, Röyanın qüsurun içindən çıxarmıram. Özünə də aiddir. Hər bir ifaçı mahnı oxuyanda öz tonallığını bilməlidir.

Röyanın ifasında “Tövbə” mahnısı solğun çıxıb. Səs rəngini, xırdalıqlarını, sərbəstliyini bu mahnıda göstərə bilməyib. Tonallıq çox aşağıdır. Röyada bu mahnı uğursuz alınıb. Röya hələ gəncdir, nə olsun ki, populyardır. Sevilir, gözəl musiqiləri var. Amma o gəncin o balaca bilərəkdənmi, bilməyəkdənmi qüsurunu demək heç də qorxulu bir məsələ deyil. Onun gələcəyi üçün inkişaf deməkdir. Röya hələ uzun illər oxumalıdır. Baxmayaraq ki, onu çox istəyirəm, amma musiqidə yalnışlıq olmaz”. 

Verilişin gedişatında Dostəliyeva mərhum ustad sənətkar Xan Şuşinskinin ifasında yer alan “Şuşanın dağları” nəğməsini öz repertuarına daxil edən Zülfiyyənin ifası bəyənməyib:  

“Zülfiyyə estrada ifaçısıdır deyə, bu mahnıda o doğmalıq olmayıb. Xalq ifaçılarının tərzi, boğazda olan xırdalıq, Xan Şuşinski havası və digər məqamlar Zülfiyyədə yox idi. Çünki estrada ifaçılarında estrada musiqiləri daha gözəl səslənir. Zülfiyyə “Şuşanın dağları”nı oxumaqla böyük risk edib. Tanınmış və böyük sənətkarlardan sonra bu mahnıya müraciət edib. O da onun öz arxayığınlığından irəli gəlir.
Eyni zamanda isə mən həqiqəti demək istəyirəm. Bu, mənim şəxsi fikrimdir. Ola bilsin ki, bu düşüncəm kiminsə xoşuna gəlməsin. Amma xalq və muğam ifaçılarının tərzində bu əsər Zülfiyyənin ifasında səslənməyib. Zülfiyyə Xanbabayeva kimi səslənib”.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin