Xalq artisti Zeynəb Xanlarova illər sonra Mədəniyyət Nazirliyinə videomüsahibə verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sözügedən qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
“Mədəniyyət sizinlə tanınır! Xalq artisti Zeynəb Xanlarova” başlığı altında paylaşılan videoçarxda 86 yaşlı əfsanəvi sənətkar səhnədə bir sıra mərhum ifaçıların unudulmadığını və hələ də yerlərinin görsəndiyini vurğulayıb:
“Mən anamı həmişə çox sevmişəm. Anama olan sevgi sənətimdə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu! Özümün həvəsim olub. Bir də atam çox istəyərdi ki, oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq. Qədrini bilmək lazımdır, bu sənəti yerə vurmaq olmaz. Xalqın sevgisini qazanmaq üçün sən gərək xalqa hörmət edəsən.
Hörmət də nədir? Balaca səsinlə də olsa, oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol! Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? Bunlar hamısı “mikrofon oxuyan”ları olmayıb e! Məni səhnədən dartıb çıxarmayınca yorulmuram.
Səhnəyə çıxanda, mənə dünyanı verirlər. Mənim suyumdur, havamdır, elə bir qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən xalqım üçün Zeynəbəm! Xalqımı sevirəm! Vətənsiz, xalqsız yaşaya bilmərəm”.
- A-
- A
- A+
Şoutaym
16:55 / 23.05.2023
Zeynəb Xanlarova illər sonra müsahibə verdi: “Yorulmuram” - VİDEO
Hazırda oxunan: Zeynəb Xanlarova illər sonra müsahibə verdi: “Yorulmuram” - VİDEO
Hazırda oxunan: Zeynəb Xanlarova illər sonra müsahibə verdi: “Yorulmuram” - VİDEO
137563
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.