Xəbər verdiyimiz kimi, bəstəkar-müğənni Murad Arif ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında canlı solo konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, sənətçi günlərlə anons etdiyi Xalq artisti Aygün Kazımova ilə yeni duetini ilk dəfə təqdim edib.
İkili birlikdə səhnəyə çıxaraq, sözləri və musiqisi Muradın özünə məxsus olan "Çalxala" bəstəsini səsləndiriblər.
Aygün və Muradın coşqu dolu dueti və səmimi səhnə perfomansı konsertə gələn tamaşaçıları coşdurub.
Sözügedən dueti təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media