“Heç kimdən hədiyyə gözləmirəm, ummuram, ağlıma da gəlmir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Space maqazin” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, zinət əşyaları reklamına çəkildiyi üçün mağaza ona brilyant üzük hədiyyə edib:
“Bu yaxınlarda zinət əşyaları satılan bir mağazanın reklamına çəkildim. Onlar mənə gözəl bir üzük hədiyyə etdilər. Amma mən o qədər öyrəşmişəm zəhmətimlə özümə nəsə almağı. O mənə başqa zövq verir. Bizim hər zaman nələrəsə ehtiyacımız var. Amma daha çox ehtiyacım tamaşaçımadır”.
Rəşad Əliyev, Bizim.Media