Xəbər verdiyimiz kimi, bu gün Audiovizual Şuranın videoformatda keçirilən iclasında “Space” telekanalı cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, buna səbəb sözügedən kanalın efirində yayımlanan “Gəl, danış” ictimai-sosial verilişində nalayiq ifadənin yer alması olub.
Belə ki, Anar adlı şəxs canlı efirə zəng edərək Əməkdar artist Cavanşir Məmmədovla danışaraq, problemini izah etməyə çalışıb. Bu an isə o, qeyri-etik kəlməni dilə gətirib.
Şuranın məlumatına görə, həmin kadrlar 12 may tarixində saat 13:01-də yayımlanıb.
Həmin anları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media