Ötən gün Kann Film Festivalının açılışında dəvətlilər arasında parlayan məşhurlardan biri də Türkiyənin “Muhteşem Yüz yıl” serialının ulduzu Meryem Üzerli olub.
Bizim.Media xəbər verir ki, o, mötəbər mərasimə qara dekolteli libasda qatılıb.
Aktrisa təbii gözəlliyi və heyranedici baxışları ilə görənləri sözün əsl mənasında təəccübləndirib.
Lakin Meryemin bu görünüşünün aldadıcı olduğunu da deyənlər tapılıb. Belə ki, izləyicilər sosial şəbəkədə məşhurun üzündə estetik və plastik müdaxilələrin olduğunu qeyd ediblər.
Rəşad Əliyev, Bizim.Media