Afaq Bəşirqızı: “Bu il incəsənət xadimləri oruc tuturdular ki, onlara yol açılacaq” - VİDEO

Hazırda oxunan: Afaq Bəşirqızı: “Bu il incəsənət xadimləri oruc tuturdular ki, onlara yol açılacaq” - VİDEO

136386

“Aktyorlar üçün sahə götürülsün və orada iki yataq otağından ibarət mənzilli evlər tikilsin və gecəqonduda qalan aktyorlara verilsin. Hansı ki, o aktyor maaş vaxtı iki uşaq, bir qoca ata, ana Beyləqananın kəndinə gedir, bütün maaşını orada qoyur, 20 manat yol pulu götürüb gəlir bura. Əvvələr gecəqondular 2 manata idi, indi 7 manat olub. Onları nəzərdə tuturam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “3D” prqramında deyib.  

Maddi imkanı aşağı olan həmkarlarından söz açan sənətkar proqramda göz yaşlarına boğulub:   

“Deyirlər ki, Afaq Bəşirqızı o vaxtlar Teatr Xadimləri İttifaqına (TXİ) sədr keçmək istəyirdi. Yalansa, sizin başınıza Afaq boyda daş düşsün. Qoy TXİ-yə sədr seçilsin.  O da hər kəsi teatr zallarından birinə toplasın və desin ki, “Birimiz hamımız, hamımız birimiz üçün”. Maaşdan 10 manat ayırıb açılan hesaba qoyulsun. Həmin məbləğlə torpaq sahəsi alıb ev tikilsin. Bu il bütün incəsənət xadimləri arzularıyla, inamlarıyla oruc tuturdular, inanırdılar ki, bir yol açılacaq, ailəsi bir yerə yığacaq. Uşağı isti yemək yeyəcək, isti evdə yaşayacaq”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin