Təranə Səmədova ilə qeyri-rəsmi ərinin məhkəmədən görüntüləri YAYILDI - VİDEO

Hazırda oxunan: Təranə Səmədova ilə qeyri-rəsmi ərinin məhkəmədən görüntüləri YAYILDI - VİDEO

134866

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun qeyri-rəsmi həyat yoldaşı Rasim Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.  

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə onların görüntüləri lentə alınaraq “IN media” adlı “YouTube” kanalında yayımlanıb.   

Təranə Səmədova bildirib ki, müğənni Rəqsanə İsmayılova 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə tapşırıb. Növbəti məhkəmə iclasında Səmədovanın vəkili vəsatət qaldıraraq, prosesin qapalı keçirilməsini tələb edib. Vəsatət təmin edilib.  

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İstintaq materiallarında qeyd olunub ki, Təranə ilə Rasim qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər. Aparılan istintaq zamanı müəyyən olunub ki, Təranə Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasimlə birgə ad və soyadı şərti olan Altay Səfirovun fotoşəkillərini əldə edib.  
Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə kişini hədələyiblər. Bu yolla onlar Altaydan 3 min manat tələb ediblər. Beləliklə, ötən ilin noyabrında Təranə ilə Rasim zərərçəkmişdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.  

Bundan başqa, onlar təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər.

Lakin zərərçəkmiş onlara 130 manat pul verib. Təranə Səmədova ilə Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məhkəmənin növbəti iclası iyunun 6-na təyin edilib. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin