İradə İbrahimova: "Qoca vaxtımda ana oldum" - VİDEO

Hazırda oxunan: İradə İbrahimova: "Qoca vaxtımda ana oldum" - VİDEO

134819

"Atamın və anamın qorxusundan müsahibələrimdə hər zaman deyirdim ki, ailə quracağam. Həmçinin hansı yaşda ailə quracağımla bağlı sualları mənə verildi. Ailə qurmaq, övladlarımın olmasına hər zaman marağım, istəyim olub. Amma səhnəni, sənətimi qoyub gedim kimi məsələlər haqda heç zaman düşünməmişəm".

Bizim.Media xəbər verir ki, bu sözləri uzun müddətdən sonra yenidən Vətəninə qayıdan müğənni İradə İbrahimova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Həyat yoldaşı, iş adamı Ceyhun İzerdən söz açan sənətçi bildirib ki, əri köklü azərbaycanlıdır:

"Həyat yoldaşım Ceyhunla 20 yaşımız olanda tanış olmuşuq. 2013-cü ildə başladıq bir-birimizlə sevgili olaraq danışmağa. Altı il sevgili olaraq qaldıq. Sonunda isə mən fədakarlıq etdim. Sənətimin ən pik zamanında ailə qurdum və səhnədən getdim. O zamanlar ard-arda hitlər təqdim edirdim. O da İstanbulda çalışırdı, oradan ayrılmaq istəmirdi.
Hərdən Ceyhuna hirslənirəm, deyirəm ki, bilsəydim səninlə ailə quracağam zamanında qurardıq, artıq uşaqlarımız da böyümüşdü. Qoca vaxtımda ana oldum. 35 yaşında ikinci övladıma ana oldum. Qadın 30 yaşına kimi ana olmaq məsələlərini bitirməlidir. Ərim Ceyhun köklü azərbaycanlıdır. Seyid Həmzə Nigarının kötücəsidir. Onların seyid yox, qarabağlı olduqlarını ailə qurduqdan sonra öyrəndim".

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. 

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib. 

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin