Həmidə Ömərova: "Qızım olmasının həsrəti ilə yaşamışam" - VİDEO 

Hazırda oxunan: Həmidə Ömərova: "Qızım olmasının həsrəti ilə yaşamışam" - VİDEO 

134637

Xalq artisti Həmidə Ömərova səmimi etirafı ilə diqqətləri üzərinə çəkib. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu "Günün sədası" verilişində bildirib ki, bir zamanlar qız övladı dünyaya gətirməyin həsrətində olub. 

"Allah oğlumu saxlasın, qorusun. Bir ara qız övladı həsrəti ilə yaşayırdım. O qədər bunun həsrətində idim ki,... Yuxuda da görürdüm ki, qız övladım olub.  Gəlinim ad günüm münasibəti ilə barmağımda gördüyünüz bax bu üzüyü hədiyyə edib.  
Gəlinim Züleyxaya deyirəm ki, bir qızınız olsun, anamın adını ona verək. Allah qismət və nəsib etsə bu da olar. Ürəyimdə arzum olub ki, qız övladım olsun amma Allah bunu mənə nəsib etmədi. Mən qapalı insanam, özümü çox göstərmək istəmirəm. Amma qəlbimdən bu kimi şeylər keçir. Bu günlə yaşayırıq, sabah bilmirik nə olacaq. Bu gün bir-birimizin qədrini bilək", - deyə H.Ömərova vurğulayıb. 

Qeyd edək ki, aktrisanın oğlu Rəhim ötən ilin iyunun 8-də Züleyxa adlı xanımla ailə qurub. 

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin