Efirlərdən ilim-ilim itən müğənni Natavan Həbibi yeni layihəsi ilə uzun sürən sükütu pozub.
Bizim.Media xəbər verir ki, estrada ulduzu "Yoluxuram" adlı yeni sinqlının dinləyicilərin ixtiyarına verib.
Sözügedən bəstənin müəllifləri Səbuhi Məcnunlu və Zamiq Əliyevdir. Müğənni sözügedən layihəsi üçün ilk dəfə "Kiberpank" (Yapon təsiri: "Cyberpunk" görünüşü müasir bir ninja olan samurayın geyimini xatırladır) obrazda kamera qarşısına çıxıb.
Dünya trendləri ilə ayaqlaşan N.Həbibi sözügedən nəğməsinin video formatını rəsmi "YouTube" kanalında və bütün rəqəmsal musiqi platformalarında yayımlayıb.
Rəşad Əliyev, Bizim.Media