İradə İbrahimova: “Ərim “uşaqların sənə oxşamır” deyib, məni hirsləndirir” – VİDEO

Hazırda oxunan: İradə İbrahimova: “Ərim “uşaqların sənə oxşamır” deyib, məni hirsləndirir” – VİDEO

134435

“Çox gözəl insanlara rast gəldim (həyat yoldaşı iş adamı Ceyhun İzer və onun ailəsini nəzərdə tutur – red.). Bu həyatda 29 yaşıma qədər hansı yaxşılıqlar etmişəm ki, qarşıma o cür gözəl insanlar çıxıb. Bunu onların məni efirdən izlədikləri üçün demirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri uzun illərdən sonra Bakıya gələn müğənni İradə İbrahimova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Hər iki övladının həyat yoldaşı Ceyhun İzerə çox bənzədiyini deyən sənətçi özü haqqında bunları deyib: 

“İradəni ailə qurandan sonra tanıdım. Daha əvvəl belə bir İradəni tanımırdım. Ana olandan sonra isə içimdən dəhşətli dərəcə analıq duyğularım üzə çıxdı. Bu isə artıq Allahın verdiyi duyğulardır və onların gizlədə bilmədim. Tam tərsi, hər gün bu duyğular daha çox oldu... Məndən başqa heç kim ilk övladım qızım İpəyin baxışını başa düşməz. Oğlum Əli isə dünyaya gələndən sonra məsuliyyətim daha da çoxaldı. 

Oğlan övladı yetişdirmək isə daha fərqli bir duyğudur. Qız övladı sənin tökdüyünü yığacaq, amma oğlan övladını isə bir qız, ailə və nəsil üçün yetişdirirsən. Ceyhun məni hirsləndirmək üçün deyir ki, uşaqların sənə oxşamır. Həm də deyir ki, güya mən belə olduğu üçün qısqanıram. 
Övladlarımın ikisi də həyat yoldaşım tərəfə oxşayıb. Deyirəm ki, sevdiyim insana oxşayan daha iki nəfər var. Niyə qısqanım ki? Biz hamımız yaşlanırıq. Yaşımı deməyəcəm, onsuz da bilən bilir. İnsan yaşlandıqca bərabər oturub nəyəsə qulaq asa biləcək birinə ehtiyac duyur. Yaşlılıq bunu tələb edir. Gənc olanda ora-bura qaçırıq, uşaqları böyüdürük. Həyat yoldaşı isə yaşlandıqca insana daha çox lazım olur. Ceyhun doğru, düzgün insandır. Allah başımdan onu əskik etməsin”. 

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. 
 
Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib. 

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin