Müğənni Nazənin Salayeva növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Fəlidən doğru xəbər” verilişində şou-biznesdəki düşmənlərinə ismarıc yollayıb.
“Bəzən deyirlər ki, Nazənin xanım, filankəs sizin haqqınızda belə sözlər deyib. Cavab verirəm ki, həmin şəxs adımı çəksin. Gərək düşmən də qeyrətli düşmən olsun. Deyirsən, kişi kimi çıx adımı çək, gör qarşında kim var. Allah məni onlardan qoruyur. Başlarını özləri ilə qarışdırıb. Nazənin daha yadlarına düşmür. Onların heç birinin cəsarəti çatmır adımı çəkməyə”, - deyə Nazənin vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media