“Avroviziya” şərhçimiz BƏLLİ OLDU - FOTO

Hazırda oxunan: “Avroviziya” şərhçimiz BƏLLİ OLDU - FOTO

134304

“Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, yarışmanın builki şərhçisi Azər Süleymanlı olacaq. 

Azər hər 3 şounu İctimai Televiziyanın ekranından şərh edəcək. 

Nəzərə çatdıraq ki, bu, Azər Süleymanlının ilk təcrübəsi deyil. Bundan öncə 2016, 2017 və 2018-ci illərdə də ölkəmiz adından müsabiqənin şərhçiləri sırasında onun da adı yer almışdı. 

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin